Soft bir addım irəlidə...  

VTS-TEST
VTS-TEST sistemi aşağıdakı ali məktəblərdə istismar olunur:

- Azərbaycan Dövlət Pedaqoji Universiteti ( 2007-ci ildən)

- Azərbaycan Memarlıq İnşaat Universiteti (2009-cu ildən)

daha geniş...

Dərsliklər

Məhsullarımız

TSW - unversal, çoxmodullu Web sistem

VTS-TEST - biliklərin yoxlanılması və qiymətləndirilməsi sistemi

AzMum - Web və Poliqrafiya dizaynerləri üçün zəruri olan sistem

TusiProfi - Gənclərəmizə peşə seçimində yardım edəcək ekspert sistem

digər məhsullarımız

Sayğaclar

 
 
 

Haqqımızda
Haqqımızda
20 ildən artıq İnformasiya Texnologiyaları sahəsində aramsız fəaliyyət...
1985-ci ildə Ümumittifaq Maşınqayırma İstehsalat birliyinin Hesablama Mərkəzindən başladığımız fəaliyyətimizi bu günə qədər davam edirik. Bu illər ərzində onlarla kompleks sistemlərin layihə və proqram təminatlarını  hazırlamışıq. Problem proqramlaşdırma sahəsindəki yaratdığımız sistemlər əsasən iqtisadiyyatın müxtəlif sahələrin əhatə etmişdir. Bunlar arasında: Avtomatik İdarəetmə Sistemləri (АСУ), Avtomatik Layihələşdirmə  Sistemləri (САПР), İqtisadi İdarəetmə və Proqnozlaşdırma sistemləri (Mühasibat, Anbar, Amartizasiya və s.), Kadrların İdarəolunma Sistemləri, Virtual Təhsil Sistemi və s. onlarla kompleks sistemlər yaradılmış və tətbiq edilmişdir.
1987-ci ildə keçmiş SSRİ-nin 17 şəhərində istismar olunan, o dövr üçün ən mükəmməl SVM əməliyyat sistemində, PL1 Alqoritmik Dili vasitəsilə yaradılmış "Neft Maşınqayırma Sənayesində ehtiyat hissələrinə olan tələbatın hesablanması" sistemi SSRİ Xalq Təssərüfatının Nailiyyətləri Sərgisində gümüş medala layiq görülmüşdür.

Minsk-22 EHM-dən çoxprosesorlu fərdi kompüterlərə qədər, Assembler, Algol, Fortran, Cobol alqoritmik dillərindən VB, C++, PHP, PERL alqoritmik dillərinə qədər, DataBase verilənlərin bazasından FoxPro, MySQL, MsSQL7 bazalarına qədər, bir sözlə İnformasiya Texnologiyaların inkişaf tarixi bizdən kənar keçməmişdir. Əldə etdiyimiz təcrübə, peşəkarlıq səviyyəsi bu gün İnformasiya Texnologiyaları sahəsində istənilən məsələləri həll etmək iqtidarında olduğumuza dəlalət edir.

90-cı illərdən başlayaraq fərdi kompüterlərin geniş tətbiqi, İnformasiya Texnologiyaları sahəsində yeni məsələlərin həllini zəruri etdi. Kompüterləşmənin kütləvi xarakter alması, qlobal şəbəkələrə(əsasən İnternet) qoşulmaq imkanlarının genişlənməsi informasiya mübadiləsini sürətləndirməklə yanaşı, informasiyanın axtarışı, emalı, saxlanması, mühafizəsi və s. proqram sistemlərin qarşısına yeni tələblər qoymuşdur.  Bizim şirkət bu tələblərin öhdəsindən bacarıqla gəlməklə yanaşı, bir çox İT məsələlərində yeni həll metodlarından istifadə edir. Bizim fəaliyyət sahələrimiz demək olar ki, bütün İnformasiya Texnologiyalarını əhatə edir:

Öz daxili imkanlarımızın hesabına bir çox Milli Layihələrin gerçəkləşməsinə nail olmuşuq və bu sahədə kifayət qədər uğurlarımız var. Bu layihələr arasında "Qarabağ Sənədlərdə" saytı önəmli yer tutur. Azərbaycanın Qarabağla bağlı ən böyük informasiya mənbəyi olan "Qarabağ Sənədlərdə" saytı 2004-cü ildə sayt "Humay mükafatına" və MTN-nin "Samir Əsgərxanov adına" müsabiqənin mükafatına, 2007-ci ildə "Qarabağ Harayı" müsabiqəsinin diplomuna layiq görülmüşdür. Siz bizim digər Milli Layihələrimizlə də tanış ola bilərsiz.

Bizim devizimiz "Keyfiyyət, keyfiyyət və yenə keyfiyyət" -dir!

1 2 3 4 5 6 7 8 9 A